REGİONLAR


Həkəri çayı 3 milyon əhalini içməli su ilə təmin edə biləcək

Laçın, 28 iyun, E.Məmmədov, AZƏRTAC

Tutumu 90 milyon kubmetr olacaq “Həkəriçay” su anbarı Laçın rayonu ərazisindən axan Həkəri çayı üzərində tikiləcək. Bu çay tam olaraq ölkəmizdə formalaşır. Axımı əsasən bulaq sularından ibarətdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmisi İlqar Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Həkəri çayının suyu içməli su baxımından çox keyfiyyətli və təmizdir. İşğaldan azad olunan rayonlar, ümumiyyətlə, Azərbaycanın 14 rayonunun 3 milyon əhalisini keyfiyyəti içməli su ilə təmin edə biləcək. Həkəri çayının suyu hətta Masallıya qədər gedib çıxacaq.

Relyefdən asılı olaraq, bəzi ərazilərdə nasos stansiyaları da quraşdırılacaq. Bundan başqa, xətt boyu 5 su elektrik stansiyası tikiləcək ki, onlar da ümumilikdə 45,5 MVt gücündə elektrik enerjisi istehsal edə biləcək.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.