CƏMİYYƏT


Həkim-fitoterapevt Milli Mətbuat Günü münasibətilə jurnalistləri pulsuz müayinə edəcək

Bakı, 18 iyul, AZƏRTAC

22 iyul - Milli Mətbuat Günü münasibətilə təbii üsullarla şəfa ocağı olan Yasamal rayonundakı “Apifitoterapiya” mərkəzində həkim-fitoterapevt Elnur Eldaroğlu jurnalistlərin ödənişsiz ilkin terapevtik müayinəsini aparacaq.

AZƏRTAC xəbər verir ki, müayinə olunmaq üçün qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xorası, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilərlər.

Xeyriyyə tədbiri iyulun 24-dən 26-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.