CƏMİYYƏT


Həkim-pediatr: Uşaqlarda COVID-19-un simptomları müxtəlifdir

Bakı, 6 sentyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası bütün yaş qruplarına daxil olanlara, eləcə də uşaqlara təsir göstərə bilər. Uşaqlarda koronavirusun simptomları müxtəlifdir. Yoluxma zamanı bəzi uşaqlarda klinik əlamətlər olmasa da, bəzilərində yuxarı tənəffüs yollarının kəskin infeksiyası müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə 15 saylı uşaq poliklinikasının şöbə müdiri həkim-pediatr Şükufə Əlikişibəyova məlumat verib.

Həkim-pediatr bildirib ki, ətraflarında koronaviruslu xəstələr olan uşaqların infeksiyaya yoluxma ehtimalı yüksəkdir: “COVID-19 infeksiyasının yayıldığı ilk aylarda uşaqların ciddi xəstələnməsi ehtimalının daha az olduğu deyilsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq. Uşaqlarda koronavirusun simptomları müxtəlifdir. İshal və qarın ağrısı kimi həzm problemləri də koronavirusun əlamətlərindəndir. Koronavirusa yoluxma zamanı uşaqlarda yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədəndə səpkilər də müşahidə edilə bilər. Koronavirus bir həftə ərzində müalicə edilmədikdə ciddi narahatlıqlara, hətta ürəklə və qanın laxtalanması ilə əlaqədar problemlərə rast gəlinir. Belə simptomlar çox təhlükəlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.