CƏMİYYƏT
Həkim-psixoterapevt Əli Nağıyev: Ermənistan rəhbərliyinin çıxışları onlarda ağır psixi pozuntu olması şübhəsini artırır
Bakı, 30 oktyabr, AZƏRTAC
Psixiatriya, psixoterapiya və psixologiyada belə bir yanaşma var ki, əgər bir insan özünə qarşı tənqidi münasibəti saxlayıbsa, onda ağır psixi pozuntu yoxdur, nevrozu varsa, sağalacaq. Əksinə olaraq, insan özünə qarşı tənqidi münasibəti itiribsə, böyüklük sayıqlamaları söyləyirsə, özü haqqında həddən artıq yüksək fikirdədirsə, hallüsinasiyalar və illüziyaları varsa, ya o, ağır psixi pozuntudan əziyyət çəkir, ya da simulyasiya edir, məqsədi ara qarışdırmaqdır. Ermənistan rəhbərliyinin çıxışları onlarda ağır psixi pozuntu ehtimalının olması şübhəsini artırır.
Bu sözləri AZƏRTAC-a tanınmış həkim-psixoterapevt Əli Nağıyev deyib.
“Toplumun belə xəstəlikdən əziyyət çəkənləri rəhbər seçməsi toplumsal psixi sağlamlığın şübhə altında olmasının göstəricisidir. Digər tərəfdən qəsdən, simulyasiya məqsədli hərəkətlər müəyyən qüvvələrin dəyirmanına su tökməyi nəzərdə tutur. Bu da türk xalqlarının, xüsusilə Azərbaycanın ayağa qalxmasının qarşısını almaq, ruh yüksəkliyini aradan qaldırmaq məqsədi daşıyır. Bizdən tələb olunan öz tarixi missiyamızı sonadək yerinə yetirmək, psixi sağlamlığı şübhə altında olanların “müalicəsi ilə məşğul olmaq” və ya onları layiq olduqları yerə göndərmək, varlığımızın dünya üçün necə əhəmiyyət daşıdığını sübut etməkdir. Allah xalqımızı var eləsin! Tezliklə bayrağımız Şuşada dalğalansın!”, - deyə Ə.Nağıyev qeyd edib.