CƏMİYYƏT


Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Koronavirusdan əsas ağırlaşmalar bir sıra xroniki xəstəliklərdə müşahidə olunur. Daha çox ürək-damar sistemi, şəkərli diabet, xroniki respirator, arterial hipertenziyası olanlarda və onkoloji xəstəliklərdə ağırlaşma və ölüm hallarına rast gəlirik. Yoluxanların sayında son günlər artım halları əhalinin həssas qrupları arasında panikaya və təşvişə səbəb olmaqdadır. Yoluxanların 81 faizindən çoxu xəstəliyi yüngül simptomlarla keçirirlər və bu, onların ev şəraitində müalicəsini mümkün edir.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva dekabrın 2-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bəzi şəxslər xəstəxanalara axın edirlər: “Bəzən olur ki, ev şəraitində tətbiq olunan standart müalicə protokollarından kənar əlavə müalicə və təhlükəli dərman vasitələrinə, həkim təyinatı olmadan antibiotik tərkibli, virus əleyhinə steroud tərkibli və xüsusilə də venadaxili infuziyalardan istifadə edirlər. Lakin xəstəliyin sonrakı günlərində həmin şəxslər ağırlaşmış halda stasionarlara müraciət edirlər. Belə halların həyati təhlükəli və yolverilməz olduğunu vətəndaşların nəzərinə çatdırmaq istəyirik”,- deyə həkim-infeksionist bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.