CƏMİYYƏT


Həkimin icazəsi olmadan dərman qəbulunun dayandırılması yolverilməzdir

Həkimin icazəsi olmadan dərman qəbulunun dayandırılması yolverilməzdir

Bakı, 1 dekabr, AZƏRTAC

Bəzən qlaukoma xəstələri arasında istifadə olunan dərmanların qəbulunun özbaşına dayandırılması və yaxud müəyyən müddət istifadə edəndən sonra fasilə verilməsi halları baş verir. Mütəxəssislər bunun qətiyyən düzgün olmadığını bildirirlər.

AZƏRTAC xəbər verir ki, həkim-oftalmoloq Aynurə Əliyeva deyib: “Qlaukomalı xəstələrə təyin olunan damcı dərmanlar yalnız onları müalicə edən həkimin icazəsi ilə dayandırıla bilər. Belə ki, gözdaxili təzyiqin yüksəlməsi nəticəsində xəstələr görmə qabiliyyətini itirə bilər. Həmin təhlükəyə görə həkimin icazəsi olmadan təyin olunan dərmanların dayandırılması yolverilməzdir. Bəzən bir komponentli müalicə kifayət etmədikdə digər dərman və preparatlar əlavə olunur. Damarların müalicəsi fonunda istənilən nəticə alınmadıqda fərdi qaydada xəstənin görmə vəziyyətindən asılı olaraq cərrahi əməliyyat tətbiq edilir. Bəzən əməliyyatdan sonra müəyyən müddətə qədər dərmanların istifadəsi dayandırılır, lakin bütün hallarda bu, həkimin razılığı ilə olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.