CƏMİYYƏT


Həkimləri Təkmilləşdirmə İnstitutunun illik təqvim planında çoxsaylı distant kurslar nəzərdə tutulub

Bakı, 14 sentyabr, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) yeni tədris ili başlayır. Bu il üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında həkimlərin diplomdansonrakı təhsilinin Davamlı Tibb Təhsili konsepsiyasına uyğun təşkil edilməsinə böyük əhəmiyyət verilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, bu il üçün tərtib olunmuş təqvim planlarına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartirma kursları ilə yanaşı ixtisaslar üzrə təhsil proqramlarının - modulların yenilənməsi, müxtəlif aktual mövzularda tematik modulların işlənib hazırlanması və keçirilməsi, yeni tədris materiallarının hazırlanması, kursların müddətinin qısaldılması və tədrisin praktikyönümlüyünün gücləndirilməsi də daxil edilib. Kursların müddəti Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq optimallaşdırılıb, kursların sayı artırılıb, mövzu çeşidi genişləndirilib, yaxın ixtisaslara aid kurslar təşkil edilib və bu barədə məlumatlar Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.

İllik təqvim planında çoxsaylı distant kurslar nəzərdə tutulub. Kursun iştirakçıları institutda yaradılmış distant tədris portalına daxil olaraq mühazirələri dinləyə bilərlər. Həmin portalda davamlı tibbi tədris fayllarının sayı 808-ə çatdırılıb. Bununla yanaşı son dövrdə distant tədrisin daha da genişləndirilməsi və daha çox həkim-mütəxəssislərin bu təhsildən yararlanmasına nail olunması üçün institutda mühazirə dərslərinin video arxivi yaradılıb.

COVID-19 pandemiyası ilə əlaqədar indiki karantin dövründə bütün kafedralarda tədris prosesi onlayn qaydada aparılır. Kurslar başa çatandan sonra institutun rəsmi saytına müraciət etməklə şəhadətnamələri almaq olar.

Onlayn kursların coğrafiyası ölkəmizin bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın təşkili də mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.