SİYASƏT


Hektor Konstantrosales: Azərbaycanın töhfələri ilə Qoşulmama Hərəkatı daha da inkişaf edəcək

Paris, 10 may, AZƏRTAC

Tezliklə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. 2016-cı ildən bu Hərəkata Venesuela sədrlik edirdi. 2017-ci ildən etibarən Qoşulmama Hərəkatı UNESCO yanında daha da fəallaşdırıldı. Hiss edirdik ki, ümumi evimiz olan UNESCO-nun mənzil-qərargahında Qoşulmama Hərəkətının prinsiplərinin təşviqi üçün siyasi danışıqlar məkanına ehtiyac var.

Bu fikirləri ölkəmizin Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində təşkil olunmuş “Caz sülhün xidmətində” konsertindən sonra Venesuelanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Hektor Konstantrosales AZƏRTAC-a müsahibəsində söyləyib.

Bildirib ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Hərəkatın dövlətlərin daxili işinə müdaxilə etməmə, onların suverenliyinə hörmət etmək, beynəlxalq həmrəyliyi təşviq etmək kimi əsas prinsiplərinə riayət etməyin vacibliyi unudulmamalıdır. Bu prinsiplərin əsasında multilateralizm davam edə, xalqlar arasında münasibətlərdə etimad qazanıla və dərinləşdirilə bilər.

“UNESCO-nun mənzil-qərargahında təşkil olunmuş konsertlə, musiqi dili ilə bir daha mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğuladıq. Belə dialoqlar mədəniyyət müxtəlifliyini daha da təşviq və inkişaf etdirir.

Bu ilin oktyabrında Qoşulmama Hərəkatının 18-ci sammiti Bakıda toplaşacaq və Azərbaycan bu Hərəkata sədrliyə başlayacaq. Venesuela sədrliyi Azərbaycana verməkdən çox şad olacaq. Azərbaycanın töhfələri ilə Hərəkat daha da inkişaf edəcək. Ölkənizə uğurlar diləyirik”, - deyə səfir söyləyib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.