İQTİSADİYYAT


Həlak olan neftçilərin xatirəsi yad edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, 2015-ci ilin dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə və “Neft Daşları” ərazisində 501 nömrəli özülündə baş vermiş faciə nəticəsində vəfat etmiş və itkin düşmüş neftçilərin xatirəsinə Çilov adasında ucaldılmış abidə önündə anım tədbiri keçirilib. Tədbirdə mərhum neftçilərin ailə üzvləri, doğmaları və “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) rəhbərliyi iştirak edib. Öncə abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra mərhum neftçilərin ailə üzvləri ilə söhbət aparılıb, onların problemləri dinlənilib.

Xatırladaq ki, 2015-ci il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli dərin dəniz özülündə və “Neft Daşları” ərazisində 501 nömrəli özülündə baş verən qəzadan 3 il ötür. İki faciə nəticəsində 33 neftçi həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.