İQTİSADİYYAT


“Hell Energy” Azərbaycanda alüminium içki qutularının istehsalı layihəsini həyata keçirəcək

“Hell Energy” Azərbaycanda alüminium içki qutularının istehsalı layihəsini həyata keçirəcək

Bakı, 30 mart, AZƏRTAC

Macarıstanın “Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi icra olunacaq. Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.

Qeyd edək ki, Macarıstanın 2006-cı ildə əsası qoyulmuş “Hell Energy” şirkətinin məhsulları dünyanın 50-dən çox ölkəsində istehlakçılara təklif olunur. Şirkət içki qutularının istehsalı və doldurulması üzrə də müasir zavodlara malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.