CƏMİYYƏT


Helsinki Azərbaycan Evində Vətən müharibəsi şəhidləri yad edilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Helsinkidə fəaliyyətə başlayan Azərbaycan Evində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidləri yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Evində şəhidlərimizin xatirəsinə anım guşəsi təşkil olunub. Guşədəki monitorda 44 günlük müharibədə həlak olan şəhidlərimizin sayı göstərilib. Torpaqlarımızın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, üçrəngli bayrağımızın işğaldan azad edilmiş Qarabağda yenidən ucaldılması naminə canlarından keçmiş Vətən övladları “Ruhunuz şad olsun!” duası ilə anılıb.

Monitorda Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Bakıda təşkil olunmuş “Anım yürüşü”ndən fotolar, Qarabağın azadlıq rəmzi olan “Xarıbülbül” çiçəyinin təsviri nümayiş etdirilib.

Anım guşəsində güllər düzülüb, şamlar yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.