DÜNYA


Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisi Ermənistan ordusunda intihar hallarının artması ilə bağlı hesabat yayıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisi Ermənistan ordusunda intihar və ölüm hallarının artması ilə bağlı hesabat yayıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hesabatda “məxməri inqilabdan” əvvəl olduğu kimi, hazırda da Ermənistanın hərbi hissələrində ağır vəziyyətin hökm sürdüyü bildirilir. Qeyd edilir ki, müxtəlif hərbi birləşmələrdə “dedovşina” halları artıb. Əsgərlər zorakılığa məruz qalırlar.

Ermənistan mətbuatında dərc olunan yazılara görə, üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən ölkə hərbi sahədə də iflasa uğrayıb. Belə ki, erməni əsgərlər arasında sui-qəsd hallarının sayı artıb.

Erməni KİV-lərinin Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisinin hesabatına istinadla yaydığı məlumatlarda bildirilir ki, son insident zamanı Qarabağda hərbi qulluqçu Gevorq Aroyan öldürülüb. Ailəsi iddia edir ki, əsgəri zorakılıqla qətlə yetiriblər. Hərbi prokurorluğun məlumatında bildirilir ki, iyulun 28-də hərbi xidmətə çağırılan Aroyan odlu silahdan özünə atəş açıb. Valideynlərinin sözlərinə görə, övladları ilə sonuncu görüş zamanı onun gözlərinin altında döyülmə izlərini görüblər. Aroyan valideynlərinə əsgərlərin hər işə məcbur edildiyini bildirib.

Hərbi qulluqçunun ailəsi iddia edir ki, Aroyan heç vaxt özünə qəsd etməzdi, onu öldürüblər.

Erməni mətbuatı, həmçinin yazır ki, Ermənistanda siyasi vəziyyət də sabit deyil. Siyasi şərhçilər hesab edirlər ki, Paşinyanın vəziyyəti o qədər də qənaətbəxş deyil. İnsanlar ciddi iqtisadi islahatları, daxili siyasətdəki sabitliyi görmədikləri, eləcə də minimal ödənişlə yaşamağa məcbur olduqları üçün inqilabın xəyal qırıqlığını yaşayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.