CƏMİYYƏT


Helsinki şəhərində Anım Günü ilə əlaqədar aksiya keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtın Munkkiniemenranta rayonunda gerçəkləşdirilən aksiya zamanı bir il öncə Ermənistanın genişmiqyaslı hücumuna cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Şəhidlərimizin ruhuna yandırılan şamlar çiçəklərlə birlikdə dənizə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.