CƏMİYYƏT


Helsinkidə Azərbaycan Evində Espoo şəhərinin miqrasiya xidmətinin əməkdaşları ilə görüş keçirilib

Helsinkidə Azərbaycan Evində Espoo şəhərinin miqrasiya xidmətinin əməkdaşları ilə görüş keçirilib

Helsinki, 26 sentyabr, Rauf Əliyev AZƏRTAC

Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində Finlandiyanın Espoo şəhərinin miqrasiya xidmətinin əməkdaşları ilə görüş keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova qonaqları salamlayaraq onlara Azərbaycan Evinin yaradılması və fəaliyyət istiqamətləri barəsində məlumat verib.

Görüş çərçivəsində Azərbaycan icmasının Finlandiyada fəaliyyəti, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da dərinləşdirilməsi üçün konkret təkliflər də irəli sürülüb. Qonaqlar Helsinkidə Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək, Finlandiya paytaxtında Azərbaycan tarixinə adət-ənənələrinə bu qədər dəyər verilib yaşadılmasını çox fəxredici və gələcək nəsil üçün böyük əhəmiyyət daşıyan amil olduğunu bildirib.

Görüş tərəfləri maraqlandıran müxtəlif məsələlər üzrə fikir mübadiləsi formatında davam edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.