CƏMİYYƏT


Helsinkidə “Azərbaycan qadınlarının tarixdəki izləri” adlı seminar keçirilib

Bakı, 29 oktyabr, AZƏRTAC

Helsinkidə Avropa Azərbaycanlıları Konqresinin (AAK) üzvü olan Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınlarının tarixdəki izləri” adlı seminar keçirilib.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Finlandiya Azərbaycan Assosiasiyasının və Azər-Türk Gənclər Təşkilatının xanım üzvləri və digər qonaqlar iştirak ediblər.

AAK-ın baş katibi, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay Azərbaycan qadınının müasir cəmiyyətdə əvəzolunmaz rola malik olduğunu deyib. Bildirilib ki, akademik Zərifə Əliyeva, professor Aida İmanquliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva və bir çox azərbaycanlı xanımlar elmimizin inkişafına böyük töhfələr vermiş şəxsiyyətlərdir. Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələrində adlarını tarixə yaza biliblər.

Yüksək intellektual düşüncəyə malik, geniş dünya görüşlü Azərbaycan xanımlarının müxtəlif sahələrdə çalışdığını deyən Arzu Oqtay azərbaycanlı qadınların Finlandiyada da uğurlar qazandıqlarını qeyd edib. Finlandiya cəmiyyətində yaşayan xanımlarımız arasında tanınmış həkimlər, müəllimlər, hüquqşünaslar, musiqiçilər var. Eyni zamanda, Avropada böyük nüfuza malik olan Avropa Azərbaycanlıları Konqresinin sıralarında da ziyalı azərbaycanlı xanımlar çoxluq təşkil edir.

Seminarda tanınmış Azərbaycan qadınlarına həsr olunan videoməlumat təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.