QAN YADDAŞI


Helsinkidə “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Helsinkidəki “Rikhardinkati” kitabxanasında “Azərbaycan Sovet İttifaqından sonra” mövzusunda seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarda Finlandiya Milli Arxivinin elmi işçiləri Pertti Xakala və Dmitri Fralov da iştirak ediblər.

Tədbiri açan Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Seminardan sonra “Xocalı soyqırımı və müasir Azərbaycan” adlı sənədli film nümayiş etdirilib.

Finlandiya Milli Arxivinin elmi işçisi Pertti Xakala əslən Kareliyadan olduğunu deyib və Rus-Fin müharibəsi zamanı babalarının çəkdiyi əzablardan söhbət açıb. O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tarixinə yazılan bir faciədir.

Sonda tədbir iştirakçılarına dövlət bayrağımız, Azərbaycan, Xocalı soyqırımı haqqında sənədli filmlərin diskləri hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.