CƏMİYYƏT


Həm yarış, həm ustad dərsi, həm də musiqi proqramı

Bakı, 3 dekabr, AZƏRTAC

Reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə paralimpiyaçılar arasında iki idman növü -oxatma və oturaq voleybol üzrə yarışlar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi tərəfindən 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar təşkil olunan yarışlarda 30-dan çox iştirakçı gücünü sınayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışlar çərçivəsində ağırlıqqaldırma üzrə paralimpiyaçıların ustad dərsləri də keçirilib. Yekunda iştirakçılara diplomlar təqdim olunub.

Əlilliyi olan şəxslərin ifalarından ibarət musiqi proqramı ilə davam edən tədbir əlilliyi olan şəxslər arasında idmanın təbliği, həmçinin onların cəmiyyətə tam inteqrasiya olunmasına dəstək məqsədi daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.