CƏMİYYƏT


“Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 2 mart, AZƏRTAC 

Martın 2-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Hematologiyada yeni texnologiyalar və onların klinik əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Əziz Əliyev konfransın Milli Onkologiya Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə keçirildiyini deyib. “Milli Onkologiya Mərkəzində çox böyük nailiyyətlər əldə edilir. Ötən il mərkəzdə təxminən 106 mindən çox xəstə müayinə olunub. Onlardan təqribən 65 faizi onkoloji xəstəliklərlə bağlı olub. Mərkəzdə ən müasir laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyada təxminən 800 mindən çox test aparılıb. Bu da onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi baxımından çox əhəmiyyətlidir.

Hematologiyada olan yeniliklər və onların təbabətdə tətbiqi çox önəmlidir. Ona görə də konfransın yüksək səviyyədə keçəcəyinə və aparılan fikir mübadiləsinin bu sahənin daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə inanıram”, - deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam etdirilib. Türkiyənin İstanbul Sağlıq Bilimləri Universitetinin biokimya mütəxəssisi Cemal Kazezoğlunun “Extended IPU: Laboratuvar iş akışına katkısı”, Ege Universitetinin biokimya mütəxəssisi Güneş Başyolun “Anemi: Laboratuvar tanısı”, Sysmex-in aplikasiya mütəxəssisi Fidan Yılmazın “Floresan akım sitometrisi - hücrelere yakından bakmak”, Milli Onkologiya Mərkəzinin həkim-onkoloqları - Günel Ələsgərovanın “Kəskin limfoblast leykozun müalicəsinin nəticələri”, Elxan Kazımovun “Kimyaterapiya ilə əlaqəli sitopeniyalar”, Aytən Səfixanovanın “Xroniki limfoleykoz” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.