ELM VƏ TƏHSİL


Həmid Məmmədyarov: Görüş zamanı Prezidentimizin bizim ailə ilə maraqlanması və dəyər verməsi məni çox sevindirdi

Bakı, 23 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri – Əməkdar Bədən tərbiyəsi və idman xadimi Həmid Məmmədyarov bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Mən Zəngilan rayonunun Genlik kəndindənəm. Hazırda Sumqayıtda yaşayıram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünə mən də dəvət almışdım. Ölkə rəhbəri və Mehriban xanımla keçirilən səmimi görüşdə Zəngilan rayonunun gələcək planları və problemlərinin həlli haqqında söhbət etdik. Görüş zamanı Prezidentimizin bizim ailə ilə maraqlanması və dəyər verməsi məni çox sevindirdi. Çünki ailəmiz Azərbaycan üçün dünya miqyaslı 3 qrossmeyster hazırlamışdır. Bunlar Şəhriyar, Zeynəb və Türkan Məmmədyarovlardır.

Mən əminəm ki, Prezidentimizin uğurlu siyasəti və bacarığı sayəsində azad etdiyimiz rayonlarımız tezliklə cənnətə çevriləcək. Bu rayonlar arasında Zəngəzurun dilbər guşəsi Zəngilan da olacaq. Biz də məşqçilər və idmançılar olaraq öz növbəmizdə daha böyük nailiyyətlər qazanmalıyıq. Çünki biz indi qalib dövlətin vətəndaşlarıyıq. Bizə bu möhtəşəm Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdarıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.