İDMAN


Hemilton həvəskar testlərin gedişi zamanı motosikletdə kiçik qəzaya uğrayıb

Bakı, 3 dekabr, AZƏRTAC 

Bu günlərdə “Mercedes”in pilotu Lyuis Hemilton Heresdə motosikletlə keçirilən həvəskar test yürüşlərində iştirak edir.

AZƏRTAC xəbər verir ki, britaniyalı dünya superbayk çempionatında istifadə edilən “Yamaha YZF-R1”i idarə edib. Lyuisin motosikleti tamamilə qara rəngdə olub, üzərində isə onun Formula 1-də çıxış etdiyi nömrə - 44 rəqəmi yazılıb.

Yürüşlər zamanı Formula 1 üzrə beşqat dünya çempionu qəzaya uğrayıb. Motosikletdən yıxılan L.Hemilton xoşbəxtlikdən ciddi zədə almayıb və az sonra trasa qayıdıb.

Hemilton motoidmana böyük həvəsi ilə də məşhurdur. O, bu il “MotoGP” komandasının üzvü Kel Kratçlou ilə birgə yürüşlərdə iştirak edib. L.Hemilton, həmçinin “MV Agusta” markasının simasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.