Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycanda bütün sahələrdə müşahidə olunan sanballı nailiyyətlər istedadlı xalqınızın yaradıcı əməyinin bəhrəsi, ölkənin təbii sərvətlərinin regional miqyasda mənimsənilməsinin, istehsal və elmi potensialının daim təkmilləşdirilməsinin nəticəsidir. Azərbaycanın yeni uğurlara doğru inamla irəliləməsi Sizin işləyib hazırladığınız, XXI əsrin çağırışlarına cavab verən milli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir.

Möhtərəm İlham Heydər oğlu, bu siyasi kurs Azərbaycan vətəndaşlarının Sizə Prezident və tanınmış lider kimi çox böyük etimadına əsaslanır.

Fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə göstərdiyiniz daimi dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, xahiş edirəm, ən xoş arzularımı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Dərin hörmətlə,

 

Vladimir Şerbakov

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin