Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Birliyin həmkarlar ittifaqları Azərbaycan Respublikasının iqtisadi və sosial tərəqqi yolunda inamla irəliləməsini, milli demokratiyanın daha da möhkəmlənməsini, ölkənizin dünyada nüfuzunun artmasını ürəkdən alqışlayır.

Biz bunu bir dövlət başçısı, tanınmış milli lider kimi Sizin tərəfinizdən müəyyən edilmiş və həyata keçirilən uzunmüddətli siyasi xəttin gerçəkləşməsinin aşkar nəticələri hesab edirik.

Həmkarlar İttifaqları Ümumi Konfederasiyası və onun üzvü olan təşkilatlar ölkə Prezidenti kimi milli və beynəlxalq həmkarlar hərəkatının fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə dərindən minnətdardırlar.

Möhtərəm İlham Heydər oğlu, Sizə ən səmimi və xoş arzularımı çatdırır, möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

Vladimir Şerbakov

Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin