CƏMİYYƏT
Həmkəndlisini odlu silahla öldürməyə cəhd edən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 7 may, AZƏRTAC
Yanvarın 20-də Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Ağsu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etdiyi müəyyənləşdirilib.
Qaya Hacıyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.