CƏMİYYƏT


Hemodializ xəstələrinin yaşam müddəti artıb

Bakı, 17 yanvar, AZƏRTAC

2006-cı ildə 3 hemodializ mərkəzində 241 xəstə müalicə alırdısa, indi ölkəmizin 43 hemodializ mərkəzində 3600 böyrək xəstəsi dövlət hesabına müalicə olunur. Hazırda hemodializ müalicəsi alan ən kiçik xəstənin 6, ən böyüyünün 87 yaşı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri, tibb elmləri namizədi Fariz Babayev deyib.

Nefroloqun verdiyi məlumata görə, xroniki formada tədricən böyrəklərin funksiyasını itirməsi nəticəsində baş verən patoloji hal olan xəstəliyin ilkin mərhələlərində dərman vasitələri ilə müalicə mümkün olsa da, dördüncü və beşinci mərhələdə hemodializ müalicəsinə ehtiyac yaranır. Şöbə müdiri deyib: “İnkişaf etmiş Avropa ölkələrində hər milyon nəfərə düşən hemodializ xəstələrinin sayı 800-900, Yaponiyada 1100-1800 nəfər civarındadır. Bu, həmin ölkələrdə xəstəliyin daha erkən mərhələdə aşkarlanması ilə əlaqədardır. 2003-2004-cü ildə ölkəmizdə hər milyon nəfərə 170 hemodializ xəstəsi düşürdüsə, indi həmin rəqəm 500-ə çatıb. Xəstəliyin vaxtında aşkarlanması nəticəsində Azərbaycanda hər milyon nəfər əhaliyə 450-520 nəfər böyrək çatışmazlığı olan xəstə düşür.

Aparılan statistikaya görə, dünya üzrə hər il xəstələrin ümumi sayında 20-23 faiz artım müşahidə olunur, ölüm faizi 18-19 faiz təşkil edir. Son on ildə ölkəmizdə hemodializ xəstələrinin yaşam müddəti artıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.