SİYASƏT


Həmvətənimiz RF Dövlət Duması deputatının köməkçisi təyin edilib

Moskva, 4 fevral, AZƏRTAC

RF Federal Məclisinin Dövlət Dumasının deputatı, Millətlər Məsələləri üzrə Komitənin sədri Hacımet Səfərəliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti üzrə icraçı direktoru, “Xalqlar dostluğu” Xeyriyyə Fondunun prezidenti, Komitənin Ekspert Şurasının üzvü Araz Mürsəliyevi Dövlət Dumasında iş üzrə özünün ictimai əsaslarla köməkçisi təyin edib.

H.Səfərəliyev A.Mürsəliyevin milli birliklərlə iş sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edib və millətlərarası münasibətlərin əlaqələndirilməsi məsələləri üzrə ictimai təşkilatlar və etnomədəni birliklərlə fəal əməkdaşlığı davam etdirməyi tapşırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.