SİYASƏT


Həmvətənimiz Voljsk şəhəri başçısının müavini təyin edilib

Moskva, 8 sentyabr, AZƏRTAC

Həmvətənimiz Qəzənfər Quliyev Rusiyanın Mariy El Respublikasının Voljsk şəhəri başçısının müavini təyin edilib.

AZƏRTAC xəbər verir ki, Q.Quliyev 2015-ci ildən Voljsk meriyasında işləyir. Bundan əvvəl о, şəhər meri İqor Voroninin müavininin vəzifələrini icra edirdi.

Qəzənfər Quliyev 1963-cü ildə Azərbaycanda anadan olub, 1981-ci ildən Volqoqradda, 2010-cu ildən isə Voljskdə yaşayır. O, Volqoqrad İnşaat Mühəndisləri İnstitutunu və Volqoqrad Dövlət Universitetini bitirib. Volqoqrad Dövlət Texniki Universitetinin aspirantura bölməsində təhsil alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.