MƏDƏNİYYƏT
Həmvətənimizin Yaroslavl şəhərində solo konserti olacaq
Bakı, 3 yanvar, AZƏRTAC
Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı gənc vokalçı Emil Qədirov 2018-ci il fevralın 25-də V.S.Rozov adına Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrında solo konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, “Sən mənim melodiyamsan” adlı konsert proqramı dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunacaq.
Xatırladaq ki Emil Qədirovun Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsertləri olub. “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]