MƏDƏNİYYƏT


Həmyerlilərimiz Moskvada Dünya Azərbaycanlı İntellektuallarının III Forumunda iştirak edəcəklər

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 10-da Moskvada Dünya Azərbaycanlı İntellektuallarının III Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti Çingiz Abdullayev başda olmaqla bu təşkilatın bir qrup üzvü forumda iştirak edəcək.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, Xalq Yazıçısı Çingiz Abdullayev səfərlə bağlı keçirilən iclasda Azərbaycan gənclərinin intellektual hazırlığından, dünya miqyaslı tədbirlərdə iştirakından söhbət açıb.

Tədbirdə ağsaqqallar, ziyalılar, ədəbiyyat xadimləri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların siyasi fəallığından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.