SİYASƏT


Həmyerlilərimiz Murmanskın 95 illiyinə həsr olunmuş mini-futbol yarışlarında iştirak edəcəklər

Bakı, 8 oktyabr (AZƏRTAC). Mini-futbolun daha da inkişaf etdirilməsi və populyarlaşdırılması, bütün millətlər arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, çoxmillətli Murmansk şəhərinin şanlı qardaşlıq ənənələrinin qorunub saxlanması məqsədi ilə qəhrəman şəhərin 95 illiyi bayramına həsr olunmuş idman festivalı keçiriləcəkdir.

Ənənə üzrə mini-futbol yarışlarının keçirilməsi bilavasitə şəhər futbol federasiyasına və şəhər idman komitəsi tərəfindən təsdiq olunmuş baş hakimlər kollegiyasına həvalə edilir. Yarışların keçirilməsi sistemi və oyunların reqlamenti iştirak edən komandaların sayından asılı olaraq hakimlər kollegiyasının iclasında müəyyənləşdiriləcəkdir.

Mini-futbol yarışlarında 1-3-cü yerləri tutan komandalar kuboklarla və diplomlarla, komandanın tərkibindəki oyunçular və məşqçi medallarla və diplomlarla təltif edilir. Təşkilatçılar xüsusi “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı hücumçu”, “Ən yaxşı oyunçu” mükafatları təsis etmişlər.

Komandamızın təşkilatçısı və məşqçisi Rusiya Dövlət Universiteti Murmansk filialının hüquq fakültəsinin dördüncü kurs tələbəsi Elvin Hüseynovdur.

Festival oktyabrın 15-16-da İdman sarayında keçiriləcəkdir. Festivalın hazırlanmasına və keçirilməsinə ümumi rəhbərlik Bədən Tərbiyəsi və İdman Komitəsi, Murmansk şəhəri administrasiyasının Sosial yardım, ictimai təşkilatlarla qarşılıqlı əlaqə və gənclərin işləri üzrə komitəsi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.