İQTİSADİYYAT
Həmyerlilərimiz çarter reysi ilə Kiyevdən Vətənə yola salınıb
Kiyev, 30 iyul, AZƏRTAC
İyulun 30-da Ukraynada 155 həmyerlimiz Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reysi ilə Vətənə yola salınıb.
AZƏRTAC xəbər verir ki, reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə Vətənə yola salınan bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalacaqlar.
AZAL-ın çarter reysi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilib.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan və Ukrayna arasında aviareyslər dayandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]