İDMAN


Həmyerlilərimiz virtual şahmat turnirində birinci yeri qazanıblar

Bakı, 21 aprel, AZƏRTAC

İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda yerləşən “İslamic Educational College Schools”un təşkilatçılığı ilə aprelin 18-19-da məktəbli oğlan və qızların iştirakı ilə virtual şahmat turniri təşkil edilib.

Ölkəmizin İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 1-8 sinif şagirdləri arasında gərgin idman mübarizəsi şəraitində keçirilən yarışda “Cambridge High School”un 8-ci sinif şagirdi Sultan Şahhüseynov həmyaşıdlarından üstün olaraq ən ali pilləyə yüksəlib.

Yarışda 8-12-ci sinif şagirdləri arasında baş tutan oyunlarda “Cambridge High School”un 10-cu sinif şagirdi Aliyə Şahhüseynova birinci yeri tutub.

Virtual şahmat turniri ilə əlaqədar “Cambridge High School” özünün feysbuk səhifəsində məktəbdən olan qaliblərin şəkillərini yerləşdirərək, onlara təbrik və xoş arzularını ifadə edib.

Qələbə münasibətilə Sultan Şahhüseynov və Aliyə Şahhüseynova 16 yaşında qrossmeyster olan Vüqar Həşimovun adını daşıyan Şahmat Akademiyasına və məşqçilərinə dərin təşəkkürlərini bildirib, ölkəmizdə şahmata göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.