MƏDƏNİYYƏT
Həmyerlimiz Beynəlxalq Piano Festivalında ikinci yerə layiq görülüb
Bakı, 24 may, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü Beynəlxalq Piano Festivalında ölkəmiz də təmsil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Zərrin Şükür təmsil edib.
Festivalda ikinci yerə sahib olan Z.Şükür, eyni zamanda, festival çərçivəsində yeddi ustad dərsində iştirak edib. Bundan əlavə, həmyerlimiz müəllimi ilə birlikdə “Dörd əl üçün fortepiano dueti” adlı ustad dərsində çıxış edərək festivalın xüsusi mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]