MƏDƏNİYYƏT


Həmyerlimiz Camal Əliyev Ankarada iki gün konsert verib

Ankara, 9 fevral, AZƏRTAC

Tanınmış violonçel ifaçısı Camal Əliyev Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin salonunda geniş konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, həmyerlimizin konsertində bu ölkənin bir sıra rəsmi şəxsləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə tanınmış şəxslər iştirak ediblər.

Konserti Tomas Karrolun dirijorluğu ilə Prezident Administrasiyasının Simfonik Orkestri müşayiət edib.

C.Əliyevin peşəkar ifaçılığı iki gün təqdim edilən konserti maraqlı edib, musiqili gecə coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Camal Əliyev indiyədək Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlərlə çıxış edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.