İDMAN


Həmyerlimiz İsveçdə ən yaxşı taekvondo hakimi adına layiq görülüb

Bakı, 22 fevral, AZƏRTAC

İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə beşinci “Prezident Kuboku” beynəlxalq yarışı başa çatıb.

AZƏRTAC xəbər verir ki, fevralın 18-da start verilən yarışlarda ölkəmizi layiqincə təmsil edən, idarə etdiyi döyüşlərdə ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın “Ən yaxşı hakimi” adına layiq görülüb.

Azərbaycan taekvondoçuları həmin turnirdə bir qızıl və üç bürünc medal qazanıblar.

“Prezident Kuboku” yarışının ardınca bu gün “Helsinqborq Open” beynəlxalq turnirinə start veriləcək.

Milli komandanın üzvləri bu yarışa da qatılaraq qüvvələrini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.