CƏMİYYƏT


Həmyerlimiz Qod Nisanov Rusiyanın dövlət mükafatına layiq görülüb

Moskva, 12 fevral, AZƏRTAC

Həmyerlimiz, Moskvadakı “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Qod Nisanov Rusiya Prezidentinin Fərmanına əsasən “Za blaqodeyaniye” fərqlənmə nişanı ilə təltif edilib.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, Rjev Memorialının yaradılması layihəsinin icrasına verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.

Qod Nisanov Rusiyanın biznes ictimaiyyətinin aparıcı nümayəndələrindən biri, Rusiyada onlarla mədəniyyət, təhsil, sosial və xeyriyyə layihələrini dəstəkləyən mesenatdır. Xeyriyyəçilik və sosial məsuliyyət “Kiyevskaya ploşad” şirkətlər qrupunun əsas istiqaməti və iş prinsipidir.

“Kiyevskaya ploşad” şirkətlər qrupu Rusiyada kommersiya daşınmaz əmlak bazarının ən iri iştirakçılarından biridir və Rusiyanın ən iri 100 özəl şirkəti sırasındadır. Şirkətlər qrupu Qod Nisanov və Zarah İliyev tərəfindən yaradılıb. “Forbes Russia” jurnalının versiyasına əsasən, 2012-ci ildən onlar kommersiya daşınmaz əmlakına sahib rusiyalıların reytinqinə başçılıq edirlər.

Q.Nisanov Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.