İDMAN


Həmyerlimiz Sərbəst güləş üzrə Finlandiya çempionatının qalibi olub

Stokholm, 24 oktyabr, Rauf Əliyev, AZƏRTAC

Finlandiyanın Porvo şəhərində təşkil olunan Sərbəst güləş üzrə Finlandiya çempionatında U15 (15 yaşına qədər olan idmançıların) mübarizəsində 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 39 kiloqram çəki qrupunda mübarizə aparan həmyerlimiz yüksək hazırlıq göstərək 4 rəqibini üstələyib.

Qeyd edək ki, daha əvvəl gənc həmyerlimiz, İsveçin Umea şəhərində baş tutan Avropa çempionatında da 2-ci yerə layiq görülüb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.