CƏMİYYƏT


Həmyerlisini qətlə yetirən Ağcabədi rayon sakini tutulub

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 7-də Ağcabədi rayon sakini Kərim Sultanovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə həmin gün şəhər sakini Kərim Sultanovun evində qonağı olan həmyerlisi C.Quliyevlə aralarında baş vermiş münaqişə zamanı sonuncunun ona qayçı ilə xəsarət yetirdiyi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən C.Quliyev təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.