İDMAN


Həndbol çempionatı: “İdman Akademiyası” turnir cədvəlində liderliyini davam etdirir

Bakı, 6 mart, AZƏRTAC

Kişi həndbolçular arasında Azərbaycan çempionatının ikinci dövrəsinin növbəti turlarına yekun vurulub.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “AHF Arena”da XVII tura “İdman Akademiyası” - U-16 görüşü ilə start verilib.

Çempionatın lideri – “İdman Akademiyası” bu qarşılaşmada rəqibindən böyük xal fərqi ilə qalib gəlib – 33:18.

“Məhsul” - RİOEUGİM matçında meydança sahibləri daha təcrübəli olsalar da, fasiləyədək öz üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər – 15:14. İkinci hissədə təşəbbüsə yiyələnən “Məhsul” həndbolçuları azarkeşlərini inamlı qələbə ilə sevindiriblər - 42:23.

Turun sonuncu görüşündə “Dinamo” komandası “Bakı”ya 39:29 hesabı ilə qalib gəlib.

XVIII turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. “İdman Akademiyası” “U-16”nı 41:22, “Məhsul” RİOEUGİM-i 42:31, “Dinamo” isə “Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib.

Beləliklə, çempion adı uğrunda mübarizə aparan komandaların yarış cədvəlınə “İdman Akademiyası” 39 xalla liderlik edir. “Məhsul” 29 xalla ikinci yerdədir. İlk üçlüyü 27 xalla “Təhsil” qapayır. Dördüncü pillədə qərarlaşan “Dinamo”nun hesabında 24 xal var. RİOEUGİM və U-16 komandaları hərəyə 3 xal qazanıblar. “Bakı” 1 xalla autsayderdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.