İDMAN


Həndbol hakimlərimiz beynəlxalq oyuna təyinat alıblar

Bakı, 8 noyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, onlar qadın həndbolçuların “Challenge Cup” turnirinin III mərhələsinin “ACME–Jalgris-2” (Litva)–“Qomel” (Belarus) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi çexiyalı Lada Trojkova olacaq.

Görüş noyabrın 11-də Litvanın Alitus şəhərinin “Alytaus Arena” kompleksində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.