İDMAN


Həndbol üzrə 26-cı Azərbaycan çempionatında 10 komanda birincilik uğrunda mübarizə aparacaq

Bakı, 12 sentyabr, AZƏRTAC 

Həndbol üzrə 26-cı Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionata oktyabrın 6-da start veriləcək. Ölkə birinciliyində 6-sı qadınlardan, 4-ü isə kişilərdən ibarət olmaqla 10 komanda iştirak edəcək.

Qadınların yarışında "Azərsu", "Azəryol", "Gənclər Birliyi", "İdman Akademiyası" və Gürcüstanın Tbilisi şəhərini təmsil edən "Olimpiya" kollektivləri mübarizə aparacaqlar. Kişi həndbolçuların mübarizəsində isə "Bakı", "Təhsil", "U-16" və "Məhsul" komandaları birincilik uğrunda yarışacaqlar.

İlk yarış günündə qadınlar arasında üç oyun keçiriləcək. Belə ki, "Gənclər Birliyi "Azəryol"la, "İdman Akademiyası "Qarabağ"la, "Azərsu" isə "Olimpiya" kollektivi ilə üz-üzə gələcək.

Çempionatın açılış mərasiminin saat 17:00-da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.