İDMAN


Həndbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib

Bakı, 27 mart, AZƏRTAC

Həndbol üzrə respublika çempionatında ikinci turun oyunları keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxmaqla ümumilikdə beş oyun keçiriblər.

Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” komandası “Qarabağ”ı 32:22, U-18 İdman Akademiyası komandası isə “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” ilə “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb - 24:24. Çempionatın gərgin keçən sonuncu matçında U-16 komandası “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.

Ölkə çempionatının iştirakçılarına toplar hədiyyə olunub.

Üçüncü tur çərçivəsində kişilərin yarışında “Bakı” - U-16, “Məhsul” – U18 İdman Akademiyası, “Təhsil” – “Gənclər Birliyi” qarşılaşmaları keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.