İDMAN


Həndbol üzrə XXV Azərbaycan çempionatında güclü idmançılar iştirak edəcək

Bakı, 20 avqust, AZƏRTAC

Artıq ikinci dəfədir ki, Azərbaycanda çimərlik həndbolu üzrə çempionat keçirilir. İlk dəfə 2007-ci ildə baş tutan yarışda cəmi dörd komanda iştirak edib. Hazırda isə qadınlardan ibarət 6, kişilərdən ibarət isə 4 komanda qalib adı uğrunda yarışır.

Bu sözləri AZƏRTAC-a beynəlxalq dərəcəli azərbaycanlı hakim İskəndər Əsgərov deyib.

İ.Əsgərov qeyd edib: “Çimərlik həndbolu həm Avropada, həm də dünyada populyar idman növlərindən biridir. Yayda keçirilməsinə baxmayaraq, bəzi ölkələrdə ilboyu həmin idman növü üzrə yarışlar təşkil edilir. Bu idman növü üzrə qitə və dünyamiqyaslı müxtəlif yarışlar keçirilir. Çimərlik həndbolu 2018-ci ildə Argentinada təşkil olunacaq yeniyetmələr arasında Olimpiya Oyunlarının proqramına da salınıb. 2024-cü və 2028-ci illərdə Olimpiya Oyunlarının proqramına daxil olması da gözlənilir”.

Beynəlxalq dərəcəli hakim sentyabrın sonlarından başlayaraq mayadək davam edəcək həndbol üzrə XXV Azərbaycan çempionatına xüsusi hazırlıqların görüldüyünü, oyunların böyük zallarda keçirilməsinin nəzərdə tutulduğunu və yarışda güclü idmançıların iştirak edəcəyini də əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.