İDMAN


Həndbol üzrə qadınların baş məşqçisi: Rəqiblərimiz güclüdür

Bakı, 23 iyul, AZƏRTAC

Biz sonuncu dünya çempionatının iştirakçısı ilə qarşılaşdıq. Belə komandalar ilə rəqabət aparmaq bizim üçün çətindir. Qrupumuzda yer alan bütün rəqiblər bizdən hər bir cəhətdən üstündür. Düşünürəm ki, belə oyunlar bizi komanda kimi gələcəkdə yetişdirəcək.

Bu fikri həndbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Georgi Volkov AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: “Həm İsveçrə, həm də Macarıstan milliləri bizdən güclüdür. Qarşıda bizi bir oyun da gözləyir. Qalib gəlmək üçün var qüvvəmizlə çalışacağıq. Bizə yaradılan şərait üçün minnətdarlığımızı bildiririk. Çünki bu, komandamız üçün böyük təcrübədir”.

Qeyd edək ki, həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində iki qrupda səkkiz komanda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yer alıb.

Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.