İDMAN


Həndbolçu qızlarımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 10-dan 16-dək Rusiyada həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda həndbol üzrə qızlardan ibarət seçmə komandamız da iştirak edəcək.

Baş məşqçi Vladimir Korotkiy və köməkçi məşqçi Yelena Namaliyevanın rəhbərliyi ilə komandamız Rusiyanın Volqoqrad şəhərinə yollanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.