İDMAN


Həndbolçular üçün dopinqlə mübarizə mövzusunda tədbir keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirməkdədir. Belə tədbirlərdən biri “ABU Arena”da təşkil olunub.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, federasiyanın rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb.

AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və həndbolçular qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar.

Bu cür tədbirlərin əsas məqsədi ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdır. Yerli idman federasiyaları ilə imzalanan memoranduma əsasən təşkil olunan maarifləndirici görüşlər artıq öz bəhrəsini verməkdədir. Son zamanlar idmançılarımızın dopinq qalmaqallarında adlarının hallanmaması bunu təsdiqləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.