İDMAN


Həndbolçularımız Gürcüstanda təlim-məşq toplanışını davam etdirirlər

Bakı, 12 may, AZƏRTAC

Kişilərdən ibarət həndbol millimiz daha bir ciddi sınaq qarşısındadır.

AZƏRTAC xəbər verir ki, yığma komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Həndbol Federasiyasının trofi turnirində iştirak edəcək. Komandamızın yarışa hazırlığı yüksək səviyyədə davam edir. Bakıda təlim-məşq toplanışı keçən həndbolçularımız hazırlıqlarını davam etdirmək üçün mayın 5-dən etibarən Gürcüstan paytaxtındadırlar. Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə Tbilisiyə yollanan millimiz mayın 21-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla yoxlama görüşlərində də qüvvəsini sınayır.

Tbilisidə iyunun 14-19-da təşkil olunacaq trofi turnirində komandamızın rəqibləri Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Gürcüstan, Kipr, Moldova, Malta və Ermənistan seçmə komandaları olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.