Həndbolçularımız İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yollanıblar
AzerTAg.az
Bakı, 6 avqust, AZƏRTAC
İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimizin mükafatlara namizəd sayıldığı idman növlərindən biri də həndboldur. Seçmə komandalarımız artıq yarışın keçiriləcəyi Konya şəhərindədir.
AZƏRTAC xəbər verir ki, həndbolçularımız mübarizəyə avqustun 7-də qoşulacaqlar. Həmin gün qadınlardan ibarət milli Kamerun seçməsi ilə üz-üzə gələcək. Avqustun 9-da Əfqanıstan komandası ilə qarşılaşacaq komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Kişi həndbolçulardan ibarət seçməmiz mübarizəyə avqustun 10-da Türkiyə komandasına qarşı oyunla start verəcək. Avqustun 12-də isə, həndbolçularımız İran millisi ilə qarşılaşacaqlar.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.

Xəbərin mətnində orfoqrafik səhv var