İDMAN


Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirə qatılacaqlar

Bakı, 20 fevral, AZƏRTAC

Qızlardan və oğlanlardan ibarət həndbol üzrə milli komandalarımız Rusiyanın Krasnodar şəhərində təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, həndbolçularımız fevralın 21-də Rusiyaya yollanacaqlar. Fevralın 23-dən 28-dək davam edəcək turnirdə Azərbaycan seçməsinin rəqibləri yerli komandalar olacaq.

Qeyd edək ki, beynəlxalq turnirdə iştirakın əsas məqsədi iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.