İQTİSADİYYAT


Henrik Hololey: Azərbaycanın yerləşdiyi coğrafi məkan nəqliyyat sahəsində bir çox üstünlüklər yaradır

Bakı, 19 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın yerləşdiyi coğrafi məkan nəqliyyat sahəsində bir çox üstünlüklər yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey fevralın 19-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda olduğu müddətdə bir sıra qurumların fəaliyyəti ilə tanış olub, görüşlər keçirib. Bu müddətdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, dəmir yolu nəqliyyatının, "Azərbaycan Hava Yolları" və "Azəraeronaviqasiya"nın fəaliyyəti ilə tanış olub: “Azərbaycanın aviasiya sahəsində imkanları ilə tanış oldum, bu istiqamətdə görülən mühüm işləri yaxından izlədim”.

H.Hololey qeyd edib ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşir: “Bu imkan verir ki, Avropa ilə Asiya arasında yük və sərnişin daşınmasında Azərbaycan böyük paya sahib olsun. Həmin imkanların genişləndirilməsi üçün Avropa Komissiyası öz dəstəyini göstərməyə hazırdır”.

“Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasında bir sıra məsələlər barədə müzakirə aparılıb. Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsinin müzakirəsinin də müsbət nəticələnəcəyinə ümid edirəm. Azərbaycan bu sahədə mühüm nailiyyətlər əldə edib”, - deyə H.Hololey vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.