DÜNYA


Hepatit, QİÇS və vərəm virusunun yayılmasına görə Gürcüstanın Meqreliya-Yuxarı Svaneti regionu “liderdir”

Tbilisi, 11 mart, AZƏRTAC

Keçən ilin aprel-oktyabr ayları ərzində Gürcüstanda hepatit C infeksiyasına yoluxma halları ən çox Gürcüstanın Meqreliya-Yuxarı Svaneti regionunda qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlıq Milli Mərkəzinin hesabatında məlumat verilir.

Məlumatda bildirilir ki, hepatit C ilə bağlı 88 min 178 nəfər müayinədən keçib. Onlardan 2 min 279-da müsbət nəticə qeydə alınsa da 1 min 277-də xəstəlik təsdiqini tapıb. Bunların da 499-u müalicəyə cəlb olunublar.

Hepatitlə yanaşı QİÇS və vərəm üzrə də yoxlamalar aparılıb.

QİÇS-ə 75 min 105 şəxs yoxlanılıb və onların 37-də müsbət göstərici qeydə alınıb. Gizli aparılan yoxlama nəticəsində Meqreliya-Yuxarı Svaneti bölgəsində 11 nəfərdə QİÇS aşkar olunub. Onların hamısı müalicəyə cəlb olunublar.

Vərəmlə əlaqədar 88 min 178 nəfər yoxlanılıb. 192 nəfərdə müsbət dinamika müşahidə olunsa da 22 nəfərin vərəm xəstəsi olduğu təsdiqlənib.

Milli mərkəz bu cür yoxlamaları Acarıstan Muxtar Respublikasında davam etdirir.

Daha sonra yoxlamalar Quri, Raça-Leçxumi, Aşağı Svaneti, Kutaisi və Xaraqauli regionlarında aparılacaq.

Bütün yoxlamaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.